“Kreditləri ya dondurmaq, ya da silmək lazımdır”

29-07-2015, 14:41           
“Kreditləri ya dondurmaq, ya da silmək lazımdır”
Kredit sığortaları ötən ilə nisbətən 30 dəfədən çox artıb. Ötən ilin ilk altı ayında cəmi 2 min 700 manat olan kredit sığortası ödənişi bu ilin eyni dövründə 34 dəfə artaraq 95 min manata yüksəlib. Bəs problemli kreditlərin azalmasına hədəflənən kredit sığortasının bu qədər artmasına əsas səbəb nədir?

Bəs krediti necə sığortalamaq mümkündür? Bu, hazırda bankdan kredit alarkən vətəndaşın razılığı əsasında komisyon haqqın tərkibinə daxil olan kiçik vəsait hesabına həyata keçirilir.

Ekspert Samir Əliyevin fikrincə problemli kreditlərin birdəfəlik həlli üçün sığortalama prosesinin məcburi olması vacibdir.

Mütəxəssisin fikrincə bu prosesi Mərkəzi Bank tənzimləyə bilər. Bu isə nəticədə gələcəkdə problemli kreditlərin sayının kəskin azalmasına gətirib çıxaracaq.(xezerxeber.com)

Biz Qafqaz Xəbər Agentliyi olaraq bu məsələ ilə bağlı iqtisadçı deputat Vahid Əhmədov ilə əlaqə saxladıq.

Müxbirimizin “Sığorta prosesinin vacib olması halı bankların daha çox işinə yarayır yoxsa vətəndaşların” sualına Vahid Əhmədovun cavabı belə oldu:

“Əvvəla onu deyim ki sığortalama prosesi asan məsələ deyil. Çünki kreditlər hansı mexanizimlə sığortalanacaq ,bu mürəkkəb məslədir. Onu da deyim ki ,problemli kreditlər bütün dünyada olan məsələdir. Mən belə hesab edirəm ki sığortalama məsələsi problemli kreditləri həll etməyəcək. Çünki sığorta fondu onun pulunu verməlidir. Bu çətin məsələdir. Onlar özlərini güclə idarə edirlər.

Əgər problemli kreditlərin sığortalanması vacib olsa,bunun ən çox banklara xeyri olacaq. Çünki banklar krediti sığortalasa vətəndaşın üzərinə müəyyən qədər məsuliyət qoyacaq.

Problemli kreditlərin həlli Mərkəzi Bankın o cümlədən bankların çevikliyindən asılıdır. Onuda qeyd edim ki, dövlət tərəfindən banklara müəyyən qədər yardım olunmalıdır. O kredit ki, qaytarılmayacaq,onu ya uzun müddətə dondurmaq lazımdır, ya da silmək lazımdır”.

Biz iqtisadçı ekspert Sabit Bağırov ilə də əlaqə saxladıq.

Müxbirimizin məsələ ilə bağlı eyni sualına “Mənim fikrimcə bu hal hər iki tərəf üçün xeyirli nəticə verər”,- deyə Sabit Bağırov cavab verdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.