Borçalıda İran missionerləri dini təbliğatlarını gücləndiriblər...

Bu gün, 11:34           
Borçalıda İran missionerləri dini təbliğatlarını gücləndiriblər...
Başkeçiddən nə vaxtsa belə bir xəbər heç oxumaq istəməzdim. Demək ki, İran aşağılarda işinin öhdəsindən gəlib indi də əlini Başkeçidə uzadıb. Daha çox molla saytı kimi tanıdığım 24News.ge xəbər verir ki, Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kəndində əziz İslam peyğəmbərinin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu qeyd olunub. tədbirdə din xadimləri, Dmanisi meri, İran İslam Respublikasının səfirlik əməkdaşları və yerli sakinlər iştirak ediblər.Şeyxin nümayəndəsi Hacı Niyazi, Dmanisinin meri cənab Koba Muradaşvili, Gürcüstan Müsəlmanları İdarəsinin Dmanisidəki müftüsü Hacı Almaz, İran İslam Resbuklikasının mədəniyyət mərkəzinin rəhbəri Məhdi Səadətnejat və Şeyxin müavini Hacı Qurban Murquzov mövludun əhəmiyyətindən danışaraq Peyğəmbərimizin (s) dəyərli tövsiyələrindən söz açıblar.
Tədbirdə dəyərli məddah Səid Həsənin ifaları yer alıb. Tədbirin sonunda püşk atma yolu ilə 2 nəfərə İmam Rzanın (ə) müqəddəs ziyarətinə səfər hədiyyə olunub. Sonda isə məclis iştirakçılarına ehsan süfrəsi açılıb.
Həmid Ormanlı
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.