İsrail ordusu ölkənin şimalında iki hərbçinin öldüyünü bildirib

20-09-2024, 10:24           
İsrail ordusu ölkənin şimalında iki hərbçinin öldüyünü bildirib
İsrailin şimalında baş verən döyüşdə iki İsrail əsgəri ölüb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Qolani” briqadasında xidmət edən 20 yaşlı çavuş Tomer Keren və 300-cü briqadanın batalyonlarından birində bölüyə komandirlik edən 43 yaşlı ehtiyatda olan mayor Nael Fuarsi İsrailin şimalında gedən döyüşdə həyatlarını itiriblər.

Eyni zamanda, mətbuat xidməti qeyd edib ki, çavuş Kerenin ölümü ilə nəticələnən insident zamanı onun rəhbərlik etdiyi bölmənin daha bir əsgəri ağır yaralanıb və xəstəxanaya təxliyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru