Bakıda ustanın asılmış meyiti üç gün sonra tapıldı

20-09-2024, 08:34           
Bakıda ustanın asılmış meyiti üç gün sonra tapıldı
Bakıda intihar hadisəsi olub.

TEREF Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində qeydə alınıb.

Lənkəran rayon sakini, 34 yaşlı Ravid Zülfəli oğlu Salayev burada qohumunun evində özünü asıb.

Məlumata görə, Ravid Salayev həmin evdə usta işləyib. Onun meyiti üç gün sonra aşkar edilib.

Mərhumun hansı səbəbdən özünü öldürməsi məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.