AMEA-nın Naxçıvan Bölməsinə sədr təsdiq edilib –Vasif Talıbov sərəncam imzaladı
26-06-2018, 00:03
İsmayıl Hacıyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilib.
Strateq.az Nuhçıxan.az saytına istinadən bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən AMEA-nın ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri seçilmiş İsmayıl Hacıyev bu vəzifəyə təsdiq edilib.