Evdəki əşyalar ölümlərinə səbəb oldu

31-01-2019, 07:58           
Evdəki əşyalar ölümlərinə səbəb oldu
İspaniyanın Alikant şəhərində bir ailə içində kilolarla geyim olan şkafın altında qalaraq ölüb. 50 yaşlı kişi, onun 49 yaşlı həyat yoldaşı, eləcə də 12 yaşlı qızları 28 yanvarda dünyasını dəyişib.

Bu hadisə isə növbəti gün, evin 18 yaşlı qızı tərəfindən aşkarlanıb. Qız otaqdan çıxmağa cəhd etsə də, qapının bloklanmış olması vəziyyəti qəlizləşdirib. O, çətinliklə də olsa otaqdan çıxanda evin ortasında paltar topası görüb və polisi çağırıb. Ər-arvad Marokkodan gəlmə, ispan mənşəli olub.

Onlar əşyalarını saxlamaq üçün evdə tavana qədər uzanan rəflər düzəldiblər. Yığılan paltarları isə onlar periodik olaraq satırdılar. Bundan başqa, ailə həm də Dioqen sindromundan əziyyət çəkirdi. Sözügedən xəstəlik köhnə əşyaları yığma, sosial izolyasiya və apatiyanı özündə ehtiva edir.



Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.