Həbib Nurməhəmmədovun qardaşı 6 ay müddətinə döyüşlərdən kənarlaşdırıldı

23-01-2025, 16:28           
Həbib Nurməhəmmədovun qardaşı 6 ay müddətinə döyüşlərdən kənarlaşdırıldı
Rusiyalı döyüşçü Umar Nurməhəmmədov tibbi səbəblərə görə Kaliforniya ştatının Atletika Komissiyası tərəfindən 6 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Bu barədə gazeta.ru yazır.

Xatırladaq ki, yanvarın 19-da "UFC 311" turniri çərçivəsində baş tutan döyüşündə Nurməhəmmədov beş raund mübarizə aparıb. Yekunda Dvalişvili hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu, Nurməhəmmədovun karyerasındakı ilk məğlubiyyət olub.

Qeyd edək ki, Umar Nurməhəmmədov məğlubedilməz döyüşçü Həbib Nurməhəmmədovun qardaşıdır. O, Dvalişvili ilə döyüşdə qolunu sındırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru