ABŞ-ın Azərbaycandakı səfirliyi fırıldaqçılıqla üzləşib. Diplomatik nümayəndəlik Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan işə düzəltmək barədəki təkliflərə inanmağı xahiş edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin aprelin 27-də yaydığı bəyanatda deyilir. “ABŞ səfirliyi işə düzəltmək üçün heç kimdən pul tələb etmir. Səfirlik həmçinin kənar agentliklər vasitəsilə personal toplamır” - deyə səfirliyin bəyanatında deyilir. Diplomatik nümayəndəlikdən onu da əlavə ediblər ki, işə qəbul zamanı namizədlərdən müsahibəni istisnasız olaraq yalnız səfirliyin işçiləri götürür və bu proses səfirliyin binasında həyata keçirilir.