APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi şəhərində 3 nəfər 5 mərtəbəli yaşayış binasının damına çıxaraq özünü oradan atacaqlarını deyir.
Xocavənd və Ağdam rayon sakinləri olduğu deyilən 20-25 yaşlarında üç oğlanı fikrindən daşındırmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlar, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəliblər.
Hazırda intihara cəhd edən şəxsləri fikirlərindən daşındırmaq üçün söhbət aparılır.