Bu sözlər erməniləri dəli edib - İrina Alleqrova: Yüz il qabaq erməniləri ruslara görə qırıblar.
28-04-2015, 17:39
İrina Alleqrova: Yüz il qabaq erməniləri ruslara görə qırıblar.
Bakıda böyümüş erməni mənşəli Rusiya müğənnisi İrina Alleqrovanın bir kəlməsi Ermənistanda qəzəb oyadıb.
teref.az anspress-ə istinadən məlumatına görə, Alleqrova aprelin 24-də uydurma soyqırımın yüzilliyi ilə bağlı yazıb ki, 100 il qabaq Osmanlı imperiyasında erməniləri rusların tərəfini tutduğuna görə öldürüblər.
1953-cü ildə Rostovda Aleksandr Sarkisovun ailəsində doğulmuş və 1961-ci ildə Bakıya köçmüş, ilk səhnə fəaliyyətinə Rəşid Behbudovun mahnı teatrında başlamış Alleqrova əslində indiyə kimi ermənilərin gizlətməyə çalışdığı faktı açıqlayıb.
Məsələ bundadır ki, 1915-ci ilin aprel ayında Osmanlı imperiyasının Van şəhərində baş vermiş və ermənilərin soyqırım kimi qələmə verdiyi hadisələr rusların xeyrinə üsyan kimi başlayıb. O vaxt Rusiya ordusu Türkiyənin içərilərinə doğru irəliləyirdi və bunu görən erməni milliyyətçiləri Vana toplaşaraq rusları gözləməyə başladılar. Aprelin 19-da üsyan edən ermənilər şəhərdəki türklərə hücum etdilər. Daha sonra Rusiya ordusu şəhəri mühasirəyə aldı. Müxtəlif yerlərdən gəlmiş 40 minə yaxın erməni könüllüsü rusların tərəfindən vuruşurdu.
Hadisələr zamanı 15 minə yaxın türk dünyasını dəyişdi. Mayın 16-da mühasirəni dağıdan Osmanlı hakimiyyəti təhlükəsizlik məqsədi ilə zonadakı erməniləri Aralıq dənizi sahillərinə köçürmək barədə qərar verib. Köç zamanı yolda müəyyən sayda ermən həlak olub ki, ermənilər bunu soyqırım kimi təqdim etmək istəyir, Van xəyanəti barədə faktları isə gizlətməyə çalışırlar.
Alleqrovanın qeydi isə bu faktları açığa çıxarır.