Ziya Məmmədov üçün yolun sonu - İş otağını boşaldır
14-01-2016, 22:01
Qarşıdakı bir-iki gün ərzində Nəqliyyat Nazirliyi ləğv ediləcək
Bu barədə azadliq.info-ya hökumətdəki məlumatlı mənbələrdən xəbər sızıb.
Məlumatda deyilir ki, nazirliyin ləğv olunacağ artıq nazir Ziya Məmmədova bildirilib və o, kabinetini demək olar ki, boşaldıb, şəxsi əşyalarını daşıtdırıb.
Nəqliyyat Nazirliyinin ləğv ediləcəyi ehtimalı onun səlahiyyətləri əlindən alındıqca güclənirdi. İndi isə belə görünür ki, ölkə başçısı prosesə nöqtə qoymağın vaxtı çatdığı qərarına gəlib. teref.az