Cavan oğlan yaşlı sevgilisni boğub öldürüb - Bakıda

28-04-2015, 18:25           
Cavan oğlan yaşlı sevgilisni boğub öldürüb - Bakıda
Bakıda 10 gün öncə qətl hadisəsi törədən şəxs müəyyən edilib.

Suraxanı Rayon Prokurorluğunun müstəntiqi Cəfər Mövsümovun APA-ya verdiyi məlumata görə, rayon ərazisində meyiti tapılan 1967-ci il təvəllüdlü Çiçək Mayıl qızı Alıyevanın qeyri-rəsmi nikah münasibətlərində olduğu, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Bayram oğlu İsmayılov tərəfindən boğularaq qətlə yetirildiyi müəyyənləşib.

Hazırda E. İsmayılovun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirlir. .

Qeyd edək ki, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi, ev 12 ünvanında baş verib.

Həmin faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.