Supernova ulduzunun partlayışdan sonrakı qalığının şəkli yayımlandı - FOTO

12-08-2022, 10:44           
Supernova ulduzunun partlayışdan sonrakı qalığının şəkli yayımlandı - FOTO
Avstraliyanın “Setonix” superkompüteri ASKAP radioteleskopunun məlumatları əsasında 24 saat ərzində supernova (ifrat yeni ulduz) partlayışının təsvirini bərpa edib.

Astrofiziklərin təqdim etdikləri fotoşəkildə Yerdən 10-15 min işıq ili məsafəsində yerləşən G261.9+5.5 supernovanın qalıqları əks olunub.


Şəkildə partlayışın baş verdiyi sahə və onun ətrafı maksimum təfərrüatı ilə görünür.

Astrofiziklər ümid edirlər ki, bu məlumatlar partlayışın yaşı, ölçüsü və növü haqqında daha çox öyrənməyə kömək edəcək.

Mənbə: The Conversation












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru