“Xüsusi əməliyyyat”a görə QƏTL: Dost dostu öldürdü

12-08-2022, 09:45           
“Xüsusi əməliyyyat”a görə QƏTL: Dost dostu öldürdü
Rusiyada dostların Ukraynaya hərbi təcavüzlə bağlı mübahisəsi qanlı sonluqla bitib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Moskvada mənzildə bir araya gələn üç dostun böyüyən mübahisəsi onlardan birinin bıçaqlanması ilə nəticələnib.

Məlumata görə, gələn qonaqlardan birinin Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləməsi ev sahibini qəzəbləndirib.

Onun bu təpkisini görən qonaq mətbəx bıçağı ilə ev sahibinə bir neçə zərbə endirib və digər yoldaşı ilə mənzili tərk edib.

Ev sahibinin cəsədini hadisədən 5 gün sonra xanımı aşkar edib. Bundan sonra qətli törədən şəxsin özü könüllü şəkildə polisə təslim olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru