Bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin Goronboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin ətrafında xüsusi əməliyyat keçirməsi faktının ictimailəşməsi Prezident Administrasiyası hərəkətə gətirib.
Adıçəkilən rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev bu günlərdə Prezident Administrasiyasına çağrılıb və ciddi şəkildə danlanıb. Məlumatda Nizaməddin Quliyevə töhmət verildiyi və son şansını yaşadığı deyilib.
Onu da qeyd edək ki, Goranboy rayonu ən çox məmur qanunsuzluğundan əziyyət çəkən rayonlardan biridir. Icra başçısının qanunsuz əməllərini isə saymaqla qurtarmaz. Son olay isə Nizaməddin Quliyevin “vurulma” prosesini bir daha sürətləndirdi.