Məmurların olduğu maşın atəşə tutuldu: 2 ölü, 2 yaralı - FOTO

11-07-2016, 00:39           

İran parlamentinin Qərbi İslamabad və Dalaho bölgəsindən olan nümayəndəsi Hişmətullah Fələhətpişənin avtomobilinə silahlı şəxslər atəş açıb.

H.Fəlahətpişə Kirmanşah əyalətinin Ricab bölgəsinə səfəri zamanı silahlı hücuma məruz qalıb.

Məlumata görə, “Pejo” markalı avtomobildə olan şəxslər odlu silahla avtomobil karvanını atəşə tutub. Hadisədə Dalaho şəhər bələdiyyəsinin sədrinin sürücüsü və Qərbi İslamabad şəhərinin baytarlıq idarəsinin rəisi həyatını itirib.

Dalaho şəhər bələdiyyəsinin sədri Fəramərz Əkbəri və Kirmanşah əyalətinin balıqçılıq təşkilatının sədri Fərzad Əfzəli isə yaralanıb. H.Fəlahətpişə xəsarət almayıb. (Apa)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.