“Parabank”dan prokurorluğa şikayət edildi

12-07-2016, 09:47           
“Parabank”dan prokurorluğa şikayət edildi
Ölmüş adamın adına kredit verən bank indi də mərhumun ailəsini təhdid edir
“Parabank”ın Nərimanov rayon filialında Bakı sakini, 19 avqust 2014-cü ildə vəfat etmiş Vaqif İskəndər oğlu İbrahimovun adına 14 sentyabr 2015-ci il tarixli 035/15/PBN nömrəli kredit müqaviləsi imzalanması haqda yazı dərc etmişdik.

“Parabank” 1 il əvvəl rəhmətə getmiş şəxsə krediti necə verib?" sərlövhəli yazıda mərhum V.İbrahimovun həyat yoldaşı Xəyalə İbrahimovanın vəkili Əziz Qənbərov bildirmişdi ki, məsələ ilə bağlı prokurorluğa müraciət hazırlayırlar. Artıq iş üzrə Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. Faktı Xəyalə İbrahimovanın vəkili Əziz Qənbərov təsdiq edib. Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi Xəyalə İbrahimova prokurorluq orqanına müraciət etdikdən sonra bankdan müvəkkilinə təhdid dolu zənglər daxil olub. Zəng edən şəxs X.İbrahimovaya şikayətinin heç bir nəticə verməyəcəyini, bu şikayətlərin özünə daha ciddi problem olacağını bildirib. Vəkil Əziz Qənbərov artıq təhdidin real olacağını nəzərə alaraq yaxın günlərdə bununla bağlı ölkə rəhbərliyinə və hüquq mühafizə orqanlarının yüksək rəhbərliklərinə müraciət olunacağını bildirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.