İraqın təhlükəsizlik qüvvələri Diyala əyalətinin şimalında İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin köməkçisini məhv ediblər.
teref.az-nun apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, Əl-Muhisə rayonunda keçirilən əməliyyat zamanı Əl-Bağdadinin köməkçisi Həşim Nasif Casim Əl-Hayəli məhv edilib, onun bir neçə silahdaşı isə yaralanıb.