Çinlilər rəngini dəyişə bilən smartfon hazırladı – VİDEO
12-01-2024, 11:43
Çinin çoxlarının hətta adını eşitmədiyi Infinix şirkəti CES 2024 sərgisinə qeyri-adi smartfonlar gətirib. Onların arxa panelləri enerji sərf etmədən rəngini dəyişə bilər. Smartfonların arxa hissəsində E-Ink texnologiyasından istifadə etməklə əlavə ekranlar quraşdırılıb. Adətən, belə displeylər elektron oxucularda quraşdırılır. İstifadəçi arzusuna uyğun olaraq, arxa qapağın rəngini mövcud rənglərdən birinə dəyişə bilər. Məsələn, ağ-qara smartfon mavi, çəhrayı, yaşıl və qırmızı rəngli ola bilər. Rəngləri də qarışdıra bilərsiniz – nəticədə öz dizaynınız olan unikal smartfona sahib olacaqsınız. Digər maraqlı xüsusiyyət isə vaxtı, emojiləri və bəzi vidcetləri göstərmək imkanıdır.