"Səbuhi Məmmədlinin vəziyyəti kritik ağırdır" - TƏBİB

12-01-2024, 12:11           
"Səbuhi Məmmədlinin vəziyyəti kritik ağırdır" - TƏBİB
Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.