APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Kənd sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Qocayev həmkəndlisi, 1960-cı il təvəllüdlü Cəlal Həsənovu bıçaqla qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı Göygöl rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.