Masallıda süd qəbulu məntəqəsində partlayış baş verib

8-08-2016, 00:01           
Masallıda süd qəbulu məntəqəsində partlayış baş verib
Masallıda süd qəbulu məntəqəsində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə avqustun 7-də rayonun Ərkivan qəsəbəsi ərazisində 1961-ci il təvəllüdlü Xatirə Polad qızı Rəcəbovaya məxsus fermanın ərazisində qeydə alınıb.

Ümumi sahəsi 190 kv.m. olan süd qəbulu məntəqəsinin soyuducu kamerasında həcmi 60 litr olan freon qaz balonunda yanğınla nəticələnən partlayış baş verib. Nəticədə soyuducu kameranın lambirindən ibarət tavanı 15 kv.m. sahədə dağılıb və şüşələri sınıb. Hadisə dərhal iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Xoşbəxtlikdən partlayış zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 144 kv.m. olan talvarın yanar konstruksiyaları və altına yığılmış 36 ton ot bağlamasının 15 tonu yanaraq sıradan çıxıb. Ot bağlamasının qalan hissəsi və ferma yanğından mühafizə olunub.


Faktla bağlı araşdırma aparılır. (APA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.