"Bir dəfə yaşayıb, iki dəfə dəfn edilib".

17-02-2024, 15:44           
"Bir dəfə yaşayıb, iki dəfə dəfn edilib".
1705-ci ildə irlandiyalı qadın Marjori MakKall qızdırmadan vəfat edir və xəstəliyin yayılmasının qarşısını almaq üçün onu tez bir zamanda dəfn edirlər. Qadının barmaqları şişdiyindən,əri bahalı üzükləri onun barmağından çıxara bilmir .Ona görə qadın barmağındakı üzüklərlə birlikdə tabuta qoyulur. Bunu bilən oğrular elə həmin gecə qəbri qazıb,tabutu çıxarırlar. Üzüyü çıxara bilməyəndə, onun barmağını kəsmək qərarına gəlirlər. Kəsikdən qan çıxan kimi Marjori gün ərzində düşdüyü komadan ayılır, tabutda oturur və qışqırmağa başlayır.
Marjori isə tabutdan çıxmağı bacarır və evinə gedir.
Marjorinin əri Con MakKall qapının döyülməsini eşidəndə, evdə uşaqlarla birlikdə idi. Kişi uşaqlara deyir: " Əgər ananız sağ olsaydı, and içərdim ki, bu onun qapı döyməsidir”. O qapını açanda Marjorini cənazə paltarında və əlindən qan damcılayan vəziyyətdə görəndə özündən gedərək yerə yıxılır və ölür. Onu elə həyat yoldaşının azad etdiyi tabutda dəfn edirlər.
Marjori bu hadisədən sonra çox illər yaşayır, yenidən ərə gedir və uşaqları da olur. Nəhayət vəfat edəndə həmin Şenkill (Lurqan, İrlandiya) qəbiristanlığında dəfn edilir. Onun baş daşı isə qorunub saxlanılır. Daşın üzərində isə bu sözlər yazılıb: "Bir dəfə yaşayıb, iki dəfə dəfn edilib".
Paylaşdı: Muxtar Kərimzadə
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.