Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşır
18-02-2024, 12:28
Filippinin cənubundakı Davao de Oro əyalətindəki mədən şəhərciyində fevralın 6-da baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.
Fəlakət Riskinin İdarə Edilməsi Bürosunun məlumatına görə, xilasedicilər hələ də itkin düşən daha 9 nəfərin axtarışlarını davam etdirirlər.
Təbii fəlakət nəticəsində 32 nəfər yaralanıb. Qeyd edək ki, Qlobal Fəlakət Riski İndeksinə görə, Filippin dünyada təbii fəlakətlərə ən çox məruz qalan ölkələr siyahısında birinci yerdədir.