22 manata görə 22 il HƏBS

8-08-2016, 16:24           

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Zahid Namazov və Nihad Abdulrəhimzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

teref.az Lent.az-a istinadən məlumatına görə, keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə hər iki şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib

Qeyd edək ki, Bakı şəhər sakini Ceyhun Xasanovu bıçaqla hədələyərək ondan 22 manat pul alınıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakini Zahid Namazov və Göyçay rayon sakini Nihad Abdulrəhimzadə tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların paytaxt sakinləri Həsən Ələkbərovun və Afərin Mahmudzadənin mobil telefonlarını soyğunçuluq yolu ilə, habelə Bakı şəhər sakini Rəhman Ağagülovun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək mobil telefonunu almaları da müəyyən edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.