Bu barədə "Gununsesi.info"ya rayondakı mənbə bildirib.
Xəbərə görə, hadisə rayonun Şiştəpə kəndində baş verib.
İlkin məlumata görə, Şiştəpə kəndinin Babək Bayramlı adlı sakini və ona yaxın olan şəxslər əvvəllər aralarında ədavət olan həmkəndlisi Zabil Aslanovu avtomat silahdan atəş açaraq güllələyib.
6-7 güllə yarası alan Zabil Aslanov ağır yaralı halda Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.
Onun vəziyyətinin ağır olduğu deyilir.
Cinayətlə bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.2 maddələri ilə cinayət işi başlanıb.