22 yaşlı qız zirzəmiyə yıxıldı, üç gün orada köməksiz qaldı
20-02-2024, 11:44
Soçidə 22 yaşlı qız yıxılaraq üç gün zirzəmidə qalıb.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə dördmərtəbəli binada baş verib. Evin iki divarı arasında olan çardaqdan yıxılan qız çıxa bilməyib, üç gün orada qalıb.
Daha sonra başqa bir yerli sakin qadının kömək çağırışını eşidib və xilasedicilər rus qadını xilas etmək üçün hadisə yerinə gəliblər. Təcili xidmətlər onu xilas etmək üçün kərpicin bir hissəsini götürməli olublar.
Təxliyədən sonra qız həkimlərə təhvil verilib. Onun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.