Məktəbdə dəhşət: 14 yaşlı şagirdi brelok-bıçaqla sinəsindən vurdular

20-02-2024, 12:44           
Məktəbdə dəhşət: 14 yaşlı şagirdi brelok-bıçaqla sinəsindən vurdular
Təcili yardıma Sosnovıy Bor qəsəbəsindəki 7 saylı məktəbin 14 yaşlı şagirdinin xəsarət alması barədə məlumat daxil olub.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, yeniyetmə döş qəfəsindən yara alıb.
İlkin məlumatlara görə, həmyaşıdları cəbr dərsi zamanı oynayırdılar. Onlardan biri təsadüfən kiçik brelok-bıçaqla dostunun sinəsinə vurub.
Uşaq xəstəxanaya aparılıb. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.
Daha bir yeniyetmə müəllim və polis əməkdaşları ilə söhbət etdikdən sonra yaxınlarına təhvil verilib.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.