Britaniya ordunu PUA-larla təchiz etməyə çalışır

23-02-2024, 08:54           
Britaniya ordunu PUA-larla təchiz etməyə çalışır
Böyük Britaniya hökuməti növbəti 10 il ərzində pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına və silahlı qüvvələrin onlarla təchiz edilməsinə 4,6 milyard funt sterlinq (5,8 milyard dollar) ayırmağı planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) pilotsuz müdafiə sistemlərinin inkişafı strategiyasını əks etdirən sənədində qeyd edilib.

“Müharibənin Avropaya qayıtması müdafiə tədarüklərinə möhkəm, effektiv və çevik yanaşmanın zəruriliyini vurğulayıb”, - sənəddə bildirilib.

Qeyd edilib ki, strategiyanın ilkin prioriteti Ukraynaya PUA-ların çatdırılması planının uğurla həyata keçirilməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru