Bakı küçələrində insanların qorxusuna çevrilən şəxslər kimdirlər?

24-02-2024, 09:44           
Bakı küçələrində insanların qorxusuna çevrilən şəxslər kimdirlər?
Paytaxt yollarında sürücülərin hərəkətinə mane olan bir qrup şəxs peyda olub.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslərlə qarşılaşdıqlarını bildiriblər. Onlar həm də, sürücülərin hərəkətinə mane olublar.
Oxu.az-ın əldə etdiyi məlumata görə, ruhi əsəb dispanserində qeydiyyatda olan 1962-ci il təvəllüdlü qadın paytaxtın Səbail rayonunda polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq qeydiyyatda olduğu dispanserə yerləşdirilməsi təmin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru