“Ceyş əl-Ədl”in lideri öldürüldü

24-02-2024, 10:29           
“Ceyş əl-Ədl”in lideri öldürüldü
İranın təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində keçirilən əməliyyat zamanı “Ceyş əl-Ədl” terror qruplaşmasının liderini və onun əlaltılarını məhv edib
Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, hərbçilər “Ceyş əl-Ədl”in liderlərindən biri İsmayıl Şah Baxşın saxlanılması üçün ərazidə əməliyyat keçirib. Silahlı qarşıdurma nəticəsində o, əlaltıları ilə birlikdə məhv edilib.

"Ceyş əl-Ədl" əsasən Əfqanıstan və Pakistanla həmsərhəd olan İranın cənub-şərqində fəaliyyət göstərən terrorçu təşkilatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru