Məhkəmə Nərgiz Absalamova barəsində qərar verib - TƏFƏRRÜAT

24-02-2024, 17:55           
Məhkəmə Nərgiz Absalamova barəsində qərar verib - TƏFƏRRÜAT
Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

"Report" xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində keçirilən iclasda elan olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.