Küçə lampası əriyib, maşını yandırıb - FOTO

27-02-2024, 09:42           
Küçə lampası əriyib, maşını yandırıb - FOTO
Leninqrad vilayətinin dəhşətli hadisə baş verib.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, dayanacaqda olan avtomobili oradan keçən Rusiya Milli Qvardiyasının dəstəsi böyük xəsarətdən xilas edib.
Özəl mühafizə xidmətinin əməkdaşları patrul xidməti apararkən Kirişidə Volxov sahilindəki küçə lampasının qısaqapanma nəticəsində yandığını gğrüblər. Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Özəl Mühafizə Xidmətinin mətbuat xidməti fevralda bildirib ki, eyni zamanda yaxınlıqda dayanmış “VAZ-2104” markalı avtomobilin damına qığılcımlar və yanan fraqmentlər düşüb – onun üzərindəki bəzi hissələr artıq əriməyə başlayıb.
Milli Qvardiyanın əməkdaşları yanğınsöndürənləri çağırsalar da, bu vaxt onlar “Jiquli”nin alovlanmasının qarşısını almaq üçün xidməti avtomobilindən yanğınsöndürən balondan istifadə ediblər. Daha sonra gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə avtomobili təhlükəsiz yerə aparıb, yanğın söndürüldükdən sonra yenidən patrul xəttinə qayıdıblar.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.