Turqut Qəmbər sərbəst buraxıldı
18-08-2016, 17:19
Bu gün Apellyasiya Məhkəməsinin qarşısında polis tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılan Turqut Qəmbər sərbəst buraxılıb.
APA-nın məlumatına görə, polis onunla bağlı araşdırma apardıqdan sonra sərbəst buraxıb.
***
Polis tərəfindən saxlanılan jurnalistlər – İlqar Vəliyev və Aytac Əhmədova sərbəst buraxılıblar.
APA-nın məlumatına görə, onlar bu gün səhər saatlarında NİDA vətəndaş hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbərin Bakı Şəhər Baş Polis İdarəsində saxlanılması ilə bağlı idarənin önündə çəkiliş apararkən tutulub, Xətai Rayonu 37-ci polis bölməsinə aparılıblar. Buna səbəb jurnalistlərlə polis əməkdaşları arasında yaranan mübahisə olub.
Onlar sonradan sərbəst buraxılıblar.
T. Qəmbər hazırda Bakı Şəhər Baş Polis İdarəsindədir. O, Apellyasiya Məhkəməsinin qarşısında polis tərəfindən saxlanılıb. Bu gün Apellyasiya Məhkəməsində NİDA üzvü Elgiz Qəhrəmanın həbsi barədə qərardan verilmiş şikayətə baxılıb, T. Qəmbər də məhkəmənin qarşına buna görə gəlib.
T. Qəmbər Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin oğludur.