Azərbaycan vətəndaşı sərhəddə 18 kq qızıl keçirdərkən saxlanıldı
18-08-2016, 23:21
Azərbaycan vətəndaşının Gürcüstan sərhədindən qanunsuz ümumi çəkisi 18,6 kiloqram, 19 qızıl külçə keçirməyə çalışdığı bildirilir.
Onun “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsinin Gürcüstan hissəsində saxlandığı deyilir.
Bu haqda “Turan” informasiya agentliyi Gürcüstanın Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumat Nazirliyin saytında avqustun 17-də yerləşdirilib. Amma orada qızılın nə zaman saxlandığı qeyd edilmir.
Bundan əvvəl 2016-cı il ərzində iki dəfə də Azərbaycandan Gürcüstana qanunsuz olaraq qızıl məmulatlarının keçirilməsinin qarşısınan alındığı açıqlanmışdı. Həmin olayların da “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində qeydə alındığı deyilirdi.