Oğul atasının qanlısını öldürdü- Hacıqabuldakı qətlin təfərrüatları
20-08-2016, 13:15
İki gün əvvəl Hacıqabul rayonunda qisasını almaq üçün törədilən qətlin təfərrüatları məlum olub. Qətli 18 yaşlı gənc üzərinə götürsə də, cinayətdə 8 nəfər şübhəli bilinir.
Hacıqabul rayonu, Kolanı kəndində ötən il avqusunun 8-də atası öldürülən oğul düz bir il sonra qatilin övladını qətlə yetirib. Avqustun 18-də səhər saatlarında 18 yaşlı Nəcəf Ədilov atası Habili gülləlləyərək öldürən 81 yaşlı Sərhəd Şirəliyevdən qisasını alıb. O, S.Şirəliyevin böyük oğlu Cahangiri qətlə yetirib. Hadisə C.Şirəliyevin evində baş verib.
Kənd sakinlərinin Criminal.az-a verdiyi məlumata görə, ötən il avqustun 8-də hazırda həbsdə olan S.Şirəliyev Nəcəfin atası Habili güllələyib. Bundan sonra Şirəliyevlər ailəsi qan düşməni olduqları Ədilovaların evlərinin yaxınlığında tikdirdikləri evə gəlmirmiş. Hadisə baş verən gün Ədilovlar Sərhədin uzun müddət Rusiyada yaşayan oğlu Cahangiri barışıq üçün kəndə çağırıblar.
Barışıq məqsədilə kəndə gələn Cahangiri 8 nəfər linklə döyərək öldürüb. Lakin cinayəti mərhum Habil Ədilovun böyük oğlu Nəcəf boynuna götürüb. O, Cahangiri tək öldürdüyünü deyib. Lakin bədəncə cüssəli olan Cahangiri məktəbi yenicə bitirən bir gəncin öldürməsi inandırıcı görünmür.
Kənd sakinkləri Criminal.az-a bildirdi ki, cinayətin əsas səbəbkarı Nəcəfin əmisi Natiq Ədilovdur. O, ötən il Habil qətlə yetiriləndən sonra Sərhəd Şirəliyevdin ailəsindən qisas alacaqlarını dəfələrlə deyibmiş.
Qan düşmənçiliyinə səbəb olan cinayətin əsl səbəbini də kənd sakinləri açılayıb. Bildirilib ki, cinayətin pul üstündə törədilməsi yalndır. Ötən il S.Şirəliyev Habili öz evində üsta kimi işlədib. Lakin onların pul üstündə mübahisəsi düşdüyü deyilsə də, əsl səbəb başqadır. S.Şirəliyev Habili namus üstündə öldürdüyü deyilir.
Qətli törətməkdə şübhəli bilinən N.Ədilov orta məktəbi bu il bitirib və ali məktəbə imtahan versə də, qəbul ola bilməyib. Atasının qətli ilə yanaşı, bir müddət əvvəl anası xəstəlikdən dünyasını dəyişdiyindən Nəcəfə və 9-cu sinifdə oxuyan qardaşına nənəsi baxırmış.
Qətllə bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.