Rövşənin qətlindən sonra ilk silahlı toqquşma - 22 yaşlı gənc vuruldu
22-08-2016, 13:23
Rusiya mətbuatı Rövşən Lənkəranskinin ölümündən sonra Moskvada kriminal qarşıdurmaların artacağından yazıb.
“Qafqazinfo” xəbər verir ki, “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər verir ki, Canıyev son vaxtlar təhlükə hissini itirmişdi. Belə ki, əvvəllər Türkiyədə təhlükəsizlik qaydalarına əməl edərdi, lakin sonradan buna məhəl qoymadı.
Mənbənin sözlərinə görə, Lənkəranskinin İstanbulda Barbaros bulvarında yerləşən otelin sahibi ilə dostluq əlaqələri yaranmışdı. Rövşən otelin yarım etajını tutmuşdu. Kütləvi görüşləri isə otelin restoranında keçirirdi: “Rövşənin toplantıları zamanı restorana sadə vətəndaşlar daxil ola bilərdi, lakin ciddi üz kontrolundan keçəndən sonra. Şübhəli şəxslər içəri alınmırdı. Rövşən özü İstanbulda kottejdə yaşayırdı. Lakin heç kimə sirr deyildi ki, onu bu oteldə tapmaq olar. Nəticədə də bu baş verdi”.
Mənbə bildirir ki, Lənkəranskinin qətlindən dərhal sonra Moskvada onun adamlarının “ovu”na çıxılıb: “İndi onlar hamısı gizləniblər. Kimisə döyməklə, kimisini Rövşənin ardınca göndərməklə hədələyirlər. Göyərti tədarükçüləri də Lənkəranskinin məkanlarından qaçırlar. Onun ölümü Moskvada ciddi qarşıdurmalara gətirib çıxaracaq, atəş səsləri eşidilə bilər”.
Digər Rusiya nəşrinin yazdığına görə, dünən Yekaterinburqda məşhur tərəvəz bazasında silahlı toqquşma baş verib. Münaqişə nəticəsində bir nəfər yaralanıb. Məlumatı DİN Baş İdarəsi də təsdiqləyib. İnsident zamanı bazada çalışan fərdi sahibkarlardan biri 1994-cü il təvəllüdlü adı açıqlanmayan şəxsi travmatik tapança ilə dizindən yaralayıb. Bazanın bir hissəsinə nəzarət Lənkəranskinin əlində olub. Baş verən silahlı insidentin nüfuz sahələrinin bölüşdürülməsi üstündə olduğu istisna edilmir.