“Əli İnsanovun adının narkotiklə yanaşı çəkilməsi absurdun kvadratıdır” - ETİRAZ
25-08-2016, 07:09
əbər verdiymiz kimi , sabiq səhiyyə naziri Əli İnsanov qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olmaqda və məhbuslara tərkibində narkotik maddələr olan dərmanlar yazmaqda ittiham olunur. Məsələ ilə bağlı Penitensiar Xidmət daxili təhqiqata başlayıb. Bütün bunlara etitaz əlaməti olaraq Əli İnsanovun dava saldığı və məhbusları üsyana qaldırmağa çalışdığı bildirilir.
Vəziyyəti dəyərləndirən Ziyalılar Birliyinin rəhbəri, kinodramaturq Eldəniz Quliyev Savash.org-a söyləyib ki, Ə.İnsanova yuxuda belə görünməsi belə çətin olan bir mövzuda ittiham edirlər:
"Son zamanlar həbs olunan müxalifətçilər var. Referenduma ictimai rəydə müəyyən təsiri olan hər kəsi bu və ya digər vasitələrlə susdurmaq, zərərsizləşdirmək istəyirlər. Onlardan biri də hazırda həbs həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanovdur. Əli İnsanovun adının narkotiklə yanaşı çəkilməsi absurdun kvadratıdır. Əli İnsanov və narkotik bir- birinə zidd olan anlayışlardır. Bunu bir yerə hansı möcüzə və gözbağlayıcılıqla gətirdiklərini bir özlərini bilir, bir də olmayan Allahları".
Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.