Rusiyada atışma: 1 ölü, 1 yaralı var - 41 yaşlı erməni TUTULDU - FOTO/VİDEO

Bu gün, 09:54           
Rusiyada atışma: 1 ölü, 1 yaralı var -
Rusiyanın Saratov vilayətinin Marks şəhərində yol münaqişəsi zamanı atışma baş verib.

"Kommersant" xəbər verir ki, sürücü başqa avtomobilin içərisində olan iki kişiyə atəş açıb.

Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb. Şübhəli şəxs hadisə yerindən qaçıb.

İlkin araşdırmalara görə, Marks şəhərinin Pobeda küçəsindəki 11 saylı evin yaxınlığında sürücülər arasında yol-nəqliyyat münaqişəsi baş verib. Münaqişə zamanı iştirakçılardan biri digər avtomobildə olan iki nəfərə atəş açıb. Zərərçəkənlərdən biri yerindəcə keçinib, digər şəxsə tibbi yardım göstərilir.

Telegram kanallarının verdiyi məlumata görə, 41 yaşlı iş adamı, milliyyətcə erməni olan Rubik Akopyan 41 yaşlı Mixail K.-nin qətlində şübhəli bilinərək saxlanılıb.

Atışma zamanı yaralanan ikinci şəxs ölərsə, Akopyan ömürlük həbs cəzasına məhkum edilə bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.