ABŞ-ın Florida ştatında universitetdə atışma olub, ölən və yaralananlar var
Dünən, 10:14
ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var
ABŞ-ın Florida ştatının Tallahassi şəhərində yerləşən Florida Dövlət Universitetində atışma olub. Hhadisə nəticəsində bir nəfər ölüb, altı nəfər isə yaralanıb. Hadisə qurbanlarının sayının artacağı istisna edilmir.
Atışmanı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, lakin kimliyi açıqlanmır. Baş vermiş insidenti araşdırmaq üçün Federal Təhqiqatlar Bürosu da işə cəlb olunub. Universitetdə tədris dayandırılıb.