Çinin Quizhou əyalətində daşqınlar nəticəsində 6 nəfər həyatını itirib. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Qeyd olunub ki, təbiət hadisəsi nəticəsində təxminən 80 min 900 insan evlərindən təxliyə edilib.
Bildirilib ki, bölgədə bir çox əraziləri su basıb, bəzi şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib, bu da nəqliyyatın hərəkətində sıxlığa səbəb olub.