ABŞ-də evdə istilik sisteminin dərəcəsini artıran yaşlı cütlük faciəli şəkildə ölüb
Bu gün, 15:04
ABŞ-də evin istilik sistemini Farenheyt şkalası üzrə 1 000 dərəcəyə (təxminən 540 °C) qoyan yaşlı cütlük evlərində həlak olub.
Bu barədə "Mirror" məlumat yayıb.
Hadisə Kaliforniyanın Spartanburq şəhərində baş verib. Qeyd olunur ki, həyatını itirən şəxslər 84 yaşlı Coan Litljon və onun həyat yoldaşı 82 yaşlı Qlenvud Faulerdir.
Cütlüyün hadisədən bir qədər əvvəl istilik sistemindən şikayət etdiyi də bildirilir.