İsrail ordusu Yəmənə hücum etdi: Husilərin nəzarətində olan limanda güclü partlayış səsləri
Bu gün, 09:16
İsrail aviasiyası "Ənsar Allah" qiyamçı hərəkatından olan husilərin nəzarətində olan Yəmənin Hodeyda ticarət limanına zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə üsyançılara məxsus "Al Masirah" telekanalı məlumat yayıb.
Yerli mənbələrin məlumatına görə, liman yaxınlığında güclü partlayış səsləri eşidilib. Şahidlər həmçinin zərbələr nəticəsində böyük yanğının baş verdiyini bildiriblər.