Ermənistanın şimal-şərq rayonlarında yerləşən hərbi hissələrin birində qətl hadisəsi törədilib.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, qətlə yetirilən şəxs həmin hərbi hissəsinin leytenant rütbəli zabitidir. Nazirliyin yaydığı məlumatda deyilir ki, leytenant Mavrik Xaçaturoviç Məlikyan dünən - iyunun 30-da saat 13 radələrində hərbi hissənin ərazisindən yaralı halda tapılıb. Zabit başından güllə yarası alıbmış. O, hospitala aparılarkən yolda keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Zabitin intihar etməsi, yoxsa güllələnməsi barədə əlavə məlumat verilmir.