Bu sözləri 45 saylı orta məktəbin direktoru Nazilə Məmmədova həmin məktəbdə yaranmış məlum video qalmaqalı ilə bağlı Axar.az-a danışarkən deyib:
“Mən heç bir video görməmişəm. Təhsil Nazirliyinə əlimdə olan sübutları təqdim etmişəm. Son qərarı onlar verəcəklər. Məndə olan sübutlar arasında video yoxdur. Mənim şahidlərim var. Video olmasını Ziyafət xanım özü deyir. Səbəb video deyil”.
Hadisə yerində olan əməkdaşımızın məktəbə gəlməsindən sonra həmin ərazidə polislər görünüb. Polisləri oraya məktəb direktorunun çağırıb-çağırmamasını dəqiqləşdirməyə çalışdıq. Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin növbətçi hissəsindən qalmaqaldan xəbərdar olduqlarını bildirsələr də, problemlə bağlı idarəyə müraciət daxil olub-olmadığı haqda bilgi verə bilməyəcəklərini söylədilər. Xatırladaq ki, sözügedən 50 saniyəlik videoda abituriyentlə müəllimə arasında açıq münasibətlər olduğu iddia edilir.