"İDEAL" Gənclər İctimai Birliyini sədri həbs oluna bilər.

1-07-2015, 22:54           

Bu günə qədər mətbuatda İDEAL Gənclər İctimai Birliyinin keçirdiyi ictimai və xeyriyyə tədbirlərini işıqlandırırdıq. 2011-ci ilin dekabr ayında təsis edilmiş İDEAL Gənclər İB-nın əsas məqsədi uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, təhsil, mədəni, intellektual, yaradıcılıq və idman sahəsində gənclərin inkişafına dəstək, tələbə və gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarət olmuşdur.

İdeal Gənclər İB-nın təşkil etdiyi "Sağlam Həyat Yaşa” , "Əlil Gənclərə Qayğı” , "Mən azərbaycanlıyam” , "24 ilin yarası” , "İnternetdən faydalanaq” , və uşaq evlərində mütəmadi şəkildə təşkil etdikləri xeyriyyə aksiyaları ictimaiyyət tərəfindən müsbət qaşılanıb.


İDEAL Gənclər İB-nın sədri Teymur Əzizovun dediyinə görə keçirilən tədbirlərin yalnız biri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib qalan bütün tədbirlər birliyin şəxsi hesabına təşkil olunurdu.

Təşkilatın sədrinə 2014-cü ilin mart ayında QALA Beynəlxalq Təhlükəsizlik Xidməti (Qala BTX) və NV-LYUKS tikinti şirkətləri tərəfindən iş təklifi olunur. Bu təklifi qəbul edən İDEAL Gənclər İB-nın sədri ictimai vəsifəsi ilə bərabər adı çəkilən şirkətlərin regional nümayəndəsi vəzifəsində fəaliyyətə başlayır.
Teymur Əzizovun dediyinə görə ilk aylarda yeni işindən aldığı yüksək əmək haqqı İDEAL Gənclər İctimai Birliyinində də, maliyyə məsələlərini yaxşılaşdırmışdı. 2015-ci ilin yanvar ayında ictimaiyyətə məlum səbəblərdən Qala BTX və NV-LYUKS şirkətlərinin rəhbər işçiləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunduğuna görə bu şirkətlər bağlandı. Adı çəkilən şirkətlərin (məlumat üçün qeyd edək ki, hər iki şirkətin rəhbəri Vüqar Hüseynov adlı şəxs idi) bağlanması bu şirkətlərin "Region üzrə nümayəndəsi”, İDEAL Gənclər İctimai Birliyinin sədri Teymur Əzizovun işlə əlaqədar Unibank ASC-dən aldığı kredit borclarını qaytarmaqda çətinlik yaradıb. Birliyin sədri qeyd edib ki, hal-hazırda mənim durumumda minlərlə insan var ki, Qala BTX və NV-LYUKS şirkətlərinin hesabına depozit yatırımı etmək üçün banklarda müxtrəlif məbləğlərdə kredit götürmüşdülər və hal hazırda həmin kredit borclarını ödəyə bilmirlər.

Mətbuat olaraq 17 iyun 2015-ci ildə Mingəçevir şəhərində Əzizov Teymur Elman oğlunun məhkəmə prossesində iştirak etdik. T.Əzizov məhkəmədən Unibank-a olan borclarının hissə-hissə ödənilməsinin təmin olunmasını xahiş etsədə Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseyn Mirzəliyev bu təklifi qəbul etmədi. Məhkəmə T.Əzizovdan 10 gün müddətində bank borclarını ödəməsini tələb etdi, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1 maddəsi ilə tədbirlər görüləcəyini qeyd etdi. Məlumat üçün qeyd edək ki, həmin Məcəllənin sanksiyasına görə fiziki şəxslər 500-1000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 01 (bir) ayadək inzibati həbs tətbiq olunur. Həmçinin məhkəmənin icra bölməsindən T.Əzizova müddət bitdikdən sonra qərarın icrasının məcburi təmin olunacağı və tələbin yönəldilməsi üçün yaşadığı mənzilə icra məmurları tərəfindən baxış keçiriləcəyi bildirildi.

İnanırıq ki, Azərbaycan Respublikasının Apelyasiya məhkəməsi Teymur Əzizovun xahişini rədd etməyəcək və qərarın hissə-hissə icra edilməsini təmin edəcəkdir.

P.S. İDEAL Gənclər İctimai Birliyinin sədrinin hal hazırda evi yoxdur və heç bir yerdə işləmir (işi məhkəmə prosseslərində olduğuna görə heç bir şirkətə işə qəbul ola bilmir) atası göz, anası isə ağır şəkər xəstəliyindən əziyyət çəkirlər.
Murad












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.