Xarici şirkəti məhkəmədə udan neftçinin ürəyi dayandı

3-07-2015, 00:10           
Xarici şirkəti məhkəmədə udan neftçinin ürəyi dayandı
“Binagadi oil” xarici neft şirkətində qeyri-qanuni şəkildə işdən çıxarılmış neftçi Məhəmməd Həsənov məhkəmənin qərarı ilə 14 aydan sonra təkrar işə bərpa edilib. Lakin şirkətə qarşı məhkəmədə qalib gələn neftçinin ürəyi bu şad xəbərə davam gətirməyib.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.
Vəkilin sözlərinə görə, 14 ay maddi sıxıntı çəkən neftçi əsəb sarsıntısı keçirib: “Məhəmməd Həsənov qanunsuz olaraq işdən çıxarılmışdı. Buna görə də şirkətə qarşı maddi və mənəvi təzminat, işə bərpa olunmaq iddiası qaldırılmışdı. Bir neçə gün öncə keçirilən məhkəmə prosesində bu iddia təmin edilsə də təəssüf ki, onun ürəyi bu xəbərə dözmədi”.
Qeyd edək ki, “Binagadi oil” şirkəti Bakıda neft biznesinə on milyonlarla sərmayə qoymuş inquş əsilli milyarder Mixail Qutseriyevə məxsusdur. İş adamının “Qlobal Enerji Azərbaycan Ltd.” şirkətinin tərkibinə “Abşeron Operating Company Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Company” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Company” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Company” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətləri daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.