Bu gun Milli Qəhrəman,[Fred] Asif Məhərrəmovun,anim gunudur

3-07-2015, 22:57           
Bu gun Milli Qəhrəman,[Fred] Asif Məhərrəmovun,anim gunudur
26 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1969-cu ildə burada 1 saylı məktəbi bitirmişdir. Uşaqlıqdan kasıblıqla yaşayan Asif məktəbi bitirən kimi işləməli olur, həyat yolu hamar olmur. 1971-ci il 30 oktyabr kinoteatra gedir axşam burada dava düşür onu həbs edirlər, 2 il iş kəsilir 9 ayını həbsxanada yatır. Yerdə qalan vaxtı isə məcburi işlə əvəz olunur. Bir müddət sürücü işləyən Asif təsadüf nəticəsində "Təcili yardım" maşınını vurur həbs edilir 3 il 8 ay həbsxana həyatı yaşayır. Həbs cəzasını qurtaran Asif azadlığa buraxılır.


Azad edildiyi vaxt ermənilər azərbaycanlıları öz yurdlarından zorla çıxarmağa başlamışdılar. Bununla barışmayan Asif Ağdamda könüllü özünümüdafiə batolyonunu yaratdı. 1991-ci il 31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdir. Xocalı faciəsi zamanı dinc sakinləri xilas etmişdi. Asif 1992-ci il 7 mart "N" saylı hissəyə komandir təyin edilir. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edildi. 24 iyun 1992-ci il Naxçıvanlı kəndində ağır yaralanır. Müalicə olunandan sonra isə cəbhəyə qayıdır. 1993-cü il 27 oktyabr onun səhhəti ağırlaşır. Hərbi hissəni təhvil verərək müalicəsini davam etdirməli olur. 1994-cü ildə bu məqsədlə Yaltaya gedən polkovnik-leytenant Asif Məhərrəmov 1 iyul 1994-cü ildə vəfat edir.
Ailəli idi, bir övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı şəhərində qəhrəmanımızın adına küçə var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.