Meksika sahillərində 6,0 bal gücündə zəlzələ baş verib
2-11-2017, 08:57
eksika sahillərində 6,0 bal gücündə zəlzələ baş verib
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Salina-Krus şəhərindən 182 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində 361 nəfər ölüb, yüzlərlə yaşayış evi qismən və yaxud tamamilə dağılıb.