İranda zəlzələ nəticəsində ölənlərin sayı 530 nəfərə çatıb

14-11-2017, 23:01           
İranda zəlzələ nəticəsində ölənlərin sayı 530 nəfərə çatıb
İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin 530 nəfərə çatıb.

APA-nın “Mehr News Agency”yə istinadən verdiyi məlumata görə, yaralıların sayı 7 500-ə yaxındır.

Noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ümumilikdə 1650 yaşayış məntəqəsinə ziyan dəyib, 12 minədək ev tamamilə uçub.

Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru